Modern.az

Ukraynanın daxili işlər naziri: “Donetskdə silahlı şəxslər polis binasını tutub”

Ukraynanın daxili işlər naziri: “Donetskdə silahlı şəxslər polis binasını tutub”

Təhsil

12 Aprel 2014, 13:27

 

Ukraynanın daxili işlər naziri Arsen Avakov Donetsk vilayətinin Slavyansk rayonunda bir qrup silahlı şəxsin polis şöbəsini tutduğunu açıqlayıb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə A. Avakov özünün facebook hesabında məlumat verib. O bildirib ki, bir neçə hərbiçi formasında olan silahlı dəstə polisin sözügedən rayon bölməsinə hücum edərək oranı nəzarətə götürüb.  “Biz buna çox sərt reaksiya verəcəyik”,-deyə A. Avakov xəbərdarlıq edib.   

Bundan öncə isə Ukrayna Daxili İşlər Nazirliyi bu cür separatçılıq təzahürlərinə dərhal sərt  reaksiya verəcəyini bəyan edib.  “Biz vəziyyətin nizama salınması üçün  Donetsk, Luqansk və Xarkovda xüsusi əməliyyatlar aparılır”-deyə DİN açıqlamasında bildirilirdi.   

Qeyd edək ki, Krımın Rusiyaya birləşməsinin ardından Ukraynanın Xarkov, Luqansk, Donetsk bölgələrində də rus meylli qüvvələr fəallaşıb. Etirazçılar Ukraynanın federallaşması tələbi ilə çıxış edirlər.    

 

Aqşin Kərimov

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı