“Jurnalistlər binası”nın sakinləri sabah həyətdə iməclik keçirməyi qərara alıb. Modern.az saytı bildirir ki, bununla bağlı qərar dünən birgə müzakirələrdən sonra qəbul olunub. Burada yaşayan KİV nümayəndələri tərəfindən son vaxtlar əsən güclü külək nəticəsində binanın ətrafındakı ağaclara dəymiş fəsadları aradan qaldırmaq üçün birgə iməclik təyin ediblər.
Jurnalistlər həyətdə əkilmiş ağacların dibini yumşaldacaq, onları möhkəmləndirəcək və suvaracaqlar.