Modern.az

Suriya ermənilərinə Zəngilanda 12 ev verildi

Suriya ermənilərinə Zəngilanda 12 ev verildi

Təhsil

12 Aprel 2014, 15:54


Azərbaycanın işğal altındakı Zəngilan şəhərində Suriyadan gələn ermənilərə 12 mənzilin açarlarının təqdim edilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Virtualaz.org saytı erməni qaynaqlarına istinadən xəbər verir ki, bununla da Zəngilan rayonu ərazisində qanunsuz məskunlaşmış 30 suriyalı erməni ailəsinin hamısı mənzillə təmin edilib. Bir neçə həftə əvvəl isə qalan suriyalı ermənilərə mənzillər təqdim edilmişdi.

Erməni işğalçılarının Zəngilanda yaratdıqları administrasiyanın “rəhbəri” Ruben Matevosyan deyib ki, hazırda bu rayonda məskunlaşmaq istəyən başqa suriyalı erməni ailələri də var. Rayonda məskunlaşdırılan suriyalı erməni ailələrinə pulsuz torpaq sahələri verilib. Suriyalı ermənilər işğal altındakı Laçın və Kəlbəcər rayonlarında da məskunlaşdırılır.

Modern.az  

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı