Ağ-qara və səssiz filmlərin qəhrəmanı Çarli Çaplinin qadın düşkünü olduğu və həyatı boyunca 2 min qadınla yatdığı iddia edilir. Modern.az xarici KİV-ə istinadən bildirir ki, Peter Ackroydun yazdığı Çarli Çaplinin tərcümeyi-halında aktyorun qadınlara qarşı təcavüzkar və kobud olduğu da qeyd edilib.
Çarli Çaplin 88 illik həyatında 4 dəfə evlənərkən gənc qızlara hər vaxt həddindən artıq maraq göstərib. Çaplin ilk dəfə 1918-ci ildə, 16 yaşındakı oyunçu Mildred Harris ilə evlənib. İki il davam edən evliliyin sonunda Mildred Harris Çarli Çaplini tez hirslənən, səbirsiz və axmaq kimi davranan biri olaraq xarakterizə edbi.
Çarli Çaplinin ikinci evliliyi 15 yaşındakı Lita Grey ilə olub. Daha doğrusu, yeniyetmə qız hamilə qaldığı üçün evlənmək məcburiyyətində qalıb. İkinci yoldaşı ilə da bədbəxt olan və onu "kiçik fahişə" olaraq xarakterizə edən Çaplin buna baxmayaraq gecədə 6 dəfə əlaqəyə girirmiş. Lita Grey açıqlamalarından birində deyib: “O, iyrənc meylləri olan bir seks maşını idi”.
Çarli Çaplinin digər evlilikləri də problemli olub. Qısqanc və davamlı partyorlarının sevgisini itirmək qorxusu yaşayan məşhur oyunçu sadiq də olmayıb..
Mütəxəssislər isə uşaqlığı problemli keçən Çaplində şəxsiyyət pozuqluğu olduğunu irəli sürürlər. Zalsburqdan olan psixoloq Aleksandr Grappmaier Çaplinin uşaqlığının yetimxanada keçdiyinə diqqət çəkib. Doğulduqdan qısa müddət sonra atası evdən ayrılan Çaplinin anası da yaşadığı depressiya səbəbi ilə onunla çox maraqlana bilməyib.


Modern.az