Modern.az

Ramiz Mehdiyev akademiyanın iclasında iştirak edəcək

Ramiz Mehdiyev akademiyanın iclasında iştirak edəcək

Təhsil

16 Aprel 2014, 10:25

Aprelin 18-də Azərbaycan Milli Elmlər Akademiyası Rə­ya­sət Heyətinin 2013-cü ildəki elmi və elmi-təş­ki­la­ti fəaliy­yətinə həsr olunan ümumi yığıncaq keçiriləcək. Tədbirdə ötən il əldə olunan  nailiyyətlərə dair hesabat dinləniləcək, qarşıda duran vəzifələr, problemlər və gələcək işlərə nəzər salınacaq. AMEA -nın elmi müəssisələrinin nailiyyətləri ilə əlaqədar sərgi təşkil olunacaq və bir neçə alimə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını daşıyan mükafatlar təqdim ediləcək.

Akademiyadan Modern .az-a verilən məlumata görə, yığıncaqda AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev və nazirliklərin rəhbərləri iştirak edəcəklər.

Elmin Nuri

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!