Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, olimpiya Kompleksi və yeni yol qovşağının tikintisi ilə bağlı tikinti sahəsinə düşən qaz kəmərlərinin təhlükəsiz əraziyə köçürülməsi ilə əlaqədar bu gün saat 12:00-dək Nərimanov rayonunun bir hissəsinə “Şimal DRES” qazpaylayıcı stansiyasında “Sənaye” və “Əhali” kollektorlarının qaz təchizatı mənbəyinə birləşdirilməsi və Binəqədi rayonu 6-cı mikrorayonun qərb hissəsində yeni tikilmiş məscidə gedən avtomobil
yolunun genişləndirilməsi ilə əlaqədar qazın verilişində məhdudiyyətlər olacaq.Həmçinin Binəqədi və Xəzər rayonlarının bir hissəsinə də saat 18:00-dək təbii qazın verilişində fasilələr yaranacaq.
Modern.az