Modern.az

Rauf Qurbanov: “Biz bütün sol qüvvələrlə əməkdaşlığa hazırıq”

Rauf Qurbanov: “Biz bütün sol qüvvələrlə əməkdaşlığa hazırıq”

Təhsil

16 Aprel 2014, 11:00

 

“Azərbaycan Kommunist Partiyası istər bələdiyyə istərsə də, parlament seçkilərində aktiv şəkildə iştirak edəcək. Amma öncədən seçkilərə blok şəklində qatılmaq barədə proqnoz vermək isə düzgün olmazdı”. Bunu Modern.az-a Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov deyib. O, bələdiyyə və parlament seçkilərində sol qüvvələrin əməkdaşlıq imkanlarından danışarkən qeyd edib ki, AKP-yə sol platformalar tərəfindən seçkilərə qatılmaq üçün  hər hansı birlik yaratmaq təklifləri gələrsə, bu, partiyada müzakirə ediləcək.

R. Qurbanov bildirib ki, hazırda Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) və digər qüvvələr heç bir təklif irəli sürməyib. “Seçkilər zamanı bizim proqramımıza uyğun olan partiya və qüvvələrlə əməkdaşlığa hazırıq. Amma təkliflər real olmalıdır. Biz birlik yaradırıqsa, müxalifət partiyalarının birliyi kimi tez dağılmamalıdır. Siyasi proseslərin davamı sol qüvvələrin birliyinin yaranmasına zərurət yaradacaq”, - deyə partiya rəhbəri söyləyib.

Qeyd edək ki, Azərbaycanda sol qüvvələr vahid blokda təmsil olunmur. Pərakəndə şəkildə fəaliyyət göstərən sol qüvvələr bir çətir altında birləşməyib. Sol qüvvələrin ən tanınmış qurumları isə ASDP və AKP-dir. Problemin digər tərəfi isə AKP-nin özünün iki qolunun olmasıdır.  

 

Aqşin Kərimov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı