
Rabitə və yüksək texnologiyalar naziriyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Əli Abbasovun aprelin 19-da Astara rayonunda (Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.Vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Modern.az