Modern.az

Krım tatarlarının liderinin adına Türkiyədə park açıldı

Krım tatarlarının liderinin adına Türkiyədə park açıldı

Təhsil

16 Aprel 2014, 13:48


Aprelin 16-da Türkiyənin Konya şəhərində Krım tatarlarının lideri Mustafa Cəmilovun adına salınan “Əbdülcəmil Kırımoğlu parkı”nın açılışı olub. Modern.az xəbər verir ki, şəhər merinin dəstəyi ilə salınan park Konya-İstanbul yolu üstündədir. Açılış mərasimində Krım tatarlarının lideri, Ukraynanın xalq deputatı Mustafa Cəmilov həyat yoldaşı Safinar Cəmilova, Krım tatar Məclisinin rəhbəri Refat Çubarov, onun müavini Aslan Ömər Kırımlı, Məclis üzvü Rza Şevkiev, Krım tatarları cəmiyyətinin Türkiyədəki baş ofisinin üzvləri iştirak ediblər. Parkın əhatə etdiyi böyük ərazidə istirahət yeri və  uşaqlar üçün oyun meydançaları da olacaq. 

Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı