Modern.az

İlham Əliyev ATƏT PA-nın sədrinə ikili standartlardan gileylənib

İlham Əliyev ATƏT PA-nın sədrinə ikili standartlardan gileylənib

Təhsil

16 Aprel 2014, 13:49


Azərbaycan prezidenti İlham Əliyev Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Modern.az-ın məlumatına görə, R.Krivokapiç ATƏT Parlament Assambleyasının son dövrdəki fəaliyyəti barədə Azərbaycan prezidentinə məlumat verib. 

ATƏT Parlament Assambleyasının illik sessiyasının Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayan qonaq bunu əməkdaşlığımızın yeni mərhələsi kimi dəyərləndirib. R.Krivokapiç ATƏT-in Azərbaycanla əməkdaşlığı müxtəlif istiqamətlərdə inkişaf etdirməkdə maraqlı olduğunu deyib.

Azərbaycan prezidenti isə ATƏT-in Bakı ofisinin yeni statusda fəaliyyətə başlamasının əməkdaşlığımızın genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Regiondakı vəziyyətə toxunan prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizin ərazi bütövlüyünün pozulduğunu və bununla bağlı Azərbaycanın ikili standartlarla üzləşdiyini təəssüflə qeyd edib.
 

Görüşdə beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı