Modern.az

İran erməniləri İsfahanda Türkiyəyə qarşı etiraz aksiyası keçirib

İran erməniləri İsfahanda Türkiyəyə qarşı etiraz aksiyası keçirib

Təhsil

16 Aprel 2014, 14:05


Dünən İranın İsfahan və Şahin Şəhr şəhərlərində yaşayan ermənilər İsfahan şəhərinin rəhbərliyinin icazəsi əsasında, bu şəhədə yerləşən Türk Hava Yollarının ofisi qarşısına toplaşaraq, əllərində anti-Türk şüarlar yazılmış plakatlar, Türkiyə cumhuriyyətinin əleyhinə şüarlar səsləndiriblər. Modern.az xəbər verir ki, bu haqda Güney Azərbaycan Milli Hərəkat fəalları davam.az saytına məlumat veriblər.

Məlumatda bildirilir ki, aksiyaçılar Suriyada Türk ordusu tərəfindən ermənilərin qətlə yetirildiyini iddia ediblər.
İsfahanda yerləşən erməni icması tərəfindən təşkil olunan və İranın rəsmi orqanları tərəfindən icazə verilən aksiyanın davamı olaraq bu gün Tehranda yaşayan ermənilər eyni məzmunlu aksiyanı BMT-in Tehran nümayəndəliyinin qarşısında keçirəcəkləri bildirilib.


Xatırladaq ki, hər il İranda yaşayan ermənilər 24 aprel tarixini qondarma erməni soyqırımı günü kimi qeyd edərək, Tehranda Türkiyə səfirliyi qarşısına toplaşaraq, bu ölkənin əleyhinə təhqiredici şüarlar səsləndirir və Türkiyənin dövlət bayrağını yandırırlar. Bu il də İran ermənilərin 24 aprel tarixində Türkiyə səfirliyi qarşısında icazəli aksiya keçirəcəkləri gözlənilir.

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı