Modern.az

Dövlət qoruğunda narkotik əkən tutuldu

Dövlət qoruğunda narkotik əkən tutuldu

Təhsil

16 Aprel 2014, 14:06

Zaqatala Dövlət Təbiət Qoruğunun Gərəkli sahəsinin 1 saylı dolayının ərazisində narkotik xassəli çətənə bitkisinin əkilməsi faktı aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər nazirliynin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları aprelin 11-də əraziyə baxış keçirən zaman sahəsi 1m2 olan parnik və müxtəlif ölçülü qablarda uzunluğu 2-10 sm olan 130 ədəd narkotik maddəli bitki olması ehtimal edilən şitillər müəyyən ediblər. Sahəyə fototələlər yerləşdirilərək ərazi nəzarətə götürülüb. Növbəti gün əraziyə yenidən baxış keçirən qoruq əməkdaşları bir nəfər naməlum şəxsin sahədən uzaqlaşdığını müşahidə edib və bu barədə dərhal Balakən rayon Polis Şöbəsinə məlumat verilib. Eyni zamanda sahəyə yerləşdirilən fototələlər vasitəsilə əldə olunan görüntülər polis əməkdaşlarına çatdırılıb. Polisin keçirdiyi əməliyyat nəticəsində şübhəli şəxs qismində Balakən rayon Mazımqara kənd sakini Məhəmməd Balzalov yaxalanıb. Faktla bağlı istintaq tədbirləri aparılır.


Gülşən Raufqızı 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı