Modern.az

FHN Dövlət Yanğın Nəzarəti Xidməti Gəncədə seminar-müşavirə keçirib

FHN Dövlət Yanğın Nəzarəti Xidməti Gəncədə seminar-müşavirə keçirib

Təhsil

16 Aprel 2014, 14:13

Respublikamızda son illər insanların təhlükəsiz yaşamasına göstərilən qayğı hər bir Azərbaycan vətəndaşının gündəlik həyatında müşahidə edilən  gerçəklikdir.   Fövqəladə Hallar Nazirliyi fəaliyyət göstərdiyi dövr  ərzində insanların təhlükəsizliyinin, o cümlədən yanğından mühafizə olunmasınını daha da etibarlı təmin  etmək istiqamətində  bir sıra mühüm işlər həyata keçirmiş,  ölkənin  maddi sərvətlərinin yanğından qorunmasını  daha etibarlı təmin etmək  üçün qabaqlayıcı tədbirlərin əhatəsi genişləndirilmiş, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə   bir sıra təsirli  tədbirlər görülmüş və bu gün bu sırada olan tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin diqqət mərkəzində  saxladığı vacib sahələrdən biri də dənli və texniki  bitkilərin  yanğından qorunması,  biçin vaxtı, məhsulun daşınması və emalı  dövründə yanğın təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasıdır.  Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə şəhərində «Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi» mövzusunda keçirdiyi seminar-müşavirədə məhz dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar qarşıda duran vəzifələr respublikanın  Qərb  bölgəsini əhatə edən rayonların bələdiyyə, fermer təsərrüfatı, texniki nəzarət müfəttişliyi, Meşə Mühafizəsi və Bərpası müəssisələri, «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti nümayəndələrinin iştirakı ilə geniş şəkildə müzakirə  olunub.

Seminar-müşavirədə DYNX-nin Yanğına qarşı təbliğat şöbəsinin rəisi daxili xidmət polkovniki Hikmət Xudiyev qarşıdan gələn mövsümdə dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanması və emalı dövründə, həmçinin meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələrdən ətraflı söhbət açaraq qeyd edib ki, mövsüm ərzində siqaret çəkilən zaman ehtiyatsızlıq, uşaqların odla ehtiyatsız davranışı, texnikaların hərəkət hissələrinin və detallarının dağılması, hərəkətli mexanizimlərə kənar əşyaların düşməsi, elektrik avadanlıqlarının texniki istismar qaydalarının pozulması, nəqliyyat vasitələri sistemlərinin, mexanizmlərinin və hissələrinin, qığılcımsöndürən qurğuların nasazlığı, təndirdən və ocaqdan düşən qığılcım, sobaların istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət olunmaması, biçilmiş sahələrin yandırılması, elektrik avadanlıqlarının quraşdırılması qaydalarının pozulması  səbəbindən   2013-cü ildə  ildə respublika ərazisində 35 ton dənli, texniki və paxlalı bitki, 2702 ton yem, dənli, texniki və paxlalı bitki əkilmiş 666 hektar sahə yanaraq məhv olub. Yem məhsullarının yanması nəticəsində  739 min   manat, texniki və paxlalı bitki əkilmiş sahələrin yanması nəticəsində isə kənd təsərrüfatı zəhmətkeşlərinə 231 min  manat maddi ziyan dəyib. 

Seminar-müşavirədə yay mövsümünün başlanması ilə əlaqədar respublika ərazisindəki meşə  və meşə zolaqlarının, meşə ətrafında yerləşən obyektlərin  yanğın təhlükəsizliyini  təmin etmək geniş müzakirə obyekti olub. Meşələrin yanğın təhlükəsizliynin təmin olunması ilə əlaqədar bir sıra zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyinə toxunalaraq qeyd edilib ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası müəssisələri tərəfindən meşə və meşə zolaqlarının müvafiq normativlərə uyğun olaraq yanğından müdafiə sistemləri, o cümlədən ilkin yanğınsöndürmə vasitələri ilə tam şəkildə təchiz edilməsi, meşə və meşə zolaqlarındakı müvəqqəti istirahət yerlərində siqaret çəkənlər üçün xüsusi yerlərin  ayrılması, meşə və meşə zolaqlarının zəruri texnikalarla - avtomobil, traktor, buldozerlərlə   təmin edilməsi, yanğına qarşı təbliğat işinin aparılması kimi vacib məsələlərə diqqət artırılmalı, meşə sahələri,  meşə yolları və digər yerlərlə həmsərhəd olan sahələrin yanğın əleyhinə şumlanmasına, FHN-nin vəzifəli şəxslərinin göstərişlərinin, qərarlarının, digər qanuni tələblərinin icrasına daha ciddi münasibət bəslənilməlidir.

Seminar-müşavirədə yanğına qarşı təbliğat işinə də geniş yer verilib,  “Dənli və texniki bitkilərin yığımı, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi tədbirləri”, “Meşə sahələrində yanğın təhlükəsizliyi tədbirləri” mövzularında mühazirələr dinlənilib.      

Müşavirədə yanğın təhlükəsizliyi ilə əlaqədar qabaqlayıcı tədbirlərlə yanaşı əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələlərinə toxunulraq vurğulanıb ki, təhlükəsiz və sağlam əmək şəraitinin təmin ounması üçün işçilər əməyin mühafizəsi üzrə təlimatlara, əmək və istehsalat intizamına əməl etməlidirlər.  Tədbirdə dənli və texniki bitkilərin yığımı dövründə yanğın təhlükəsizliyi  qaydalarını təbliğ edən plakatlar seminar-müşavirə iştirakçılarına paylanıb, xidmət tərəfindən təşkil olunmuş yanğın texniki sərgi və video-stend nümayiş etdirilib.





Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı