Modern.az

Cənubi koreyalı səlahiyyətlilər: batan gəmidən 368 deyil, 164 adam xilas edilib

Cənubi koreyalı səlahiyyətlilər: batan gəmidən 368 deyil, 164 adam xilas edilib

Təhsil

16 Aprel 2014, 14:30



Cənubi Koreyada 450-dən çox adam daşıyan bir bərə, hələ məlum olmayan bir səbəbdən batıb. Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə əvvəl 368 adamın xilas edildiyini açıqlayan Cənubi Koreyalı səlahiyyətlilər qurtarılan adam sayını 164 olaraq dəyişdiriblər. Bu açıqlama insan itkisinin 300-ə qədər çıxa biləcəyinə dair narahatlıqları artırıb. Bu ana qədər iki sərnişinin cansız bədəni tapılıb.

Dənizçilik Nazirliyi sözçüsü AFP-yə verdiyi açıqlamada xilas edilən adam sayının 164 olduğunu söyləyib. Sözçü bərədəki sərnişin və ekipaj sayının isə cəmi 477 deyil, 459 olduğunu bildirib.

AFP-yə danışan sahil təhlükəsizlik səlahiyyətlisi, “368 adamın xilas edildiyi məlumatı haradan çıxdı bilmirəm” deyib.

293 adamın tapılması üçün aparılan axtarış xilasetmə işləri çox sayda gəmi və vertolyotla davam etdirilir. Onlarla adamın batan bərənin içində ilişmiş ola biləcəyi, dəniz suyunun həddindən artıq soyuq olmasının da sərnişinlərin həyat mübarizəsini çətinləşdirə biləcəyi ifadə edilib.

Sərnişinlərdən ən az 325-nin şagird və müəllimlər olduğu açıqlanıb. Xilas edilən sərnişinlər gəmi batmazdan əvvəl böyük bir çarpma səsi və səs-küy eşitdiklərini bildirib. Xilasetmə işləri davam edir.

Misranə Həsənzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı