Rus meylli qüvvələrin Ukrayna ordusuna məxsus ələ keçirdikləri altı tankı Slavyansk bölgəsinə yeridiblər.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, üzərində rus bayrağı dalğalanan tanklarda olan şəxslər qumbaraatanlar və Kalaşnikov avtomatı ilə silahlanıb. Onların yerli idarəetmə binasının önünü mühasirəyə aldıqları haqda məlumatlar da var. Rusiya tərəfdarı hərbi formada olan şəxslərin Slavyanskın mərkəzindən insanları çıxardığı, bu vaxt Ukrayna vertolyotunun şəhər mərkəzinin üzərində uçduğu bildirilib. Çox sayda vətəndaşın şəhəri tərk etdiyi də qeyd olunur.
Qeyd edək ki, daha əvvəl Ukraynanın şərqindəki Donetskə bağlı Slavyansk mahalının ətrafı Ukrayna ordusu tərəfindən sarılmışdı.


Misranə Həsənzadə