Modern.az

Deputatların fəaliyyətində etik davranış qaydaları müzakirə olunub

Deputatların fəaliyyətində etik davranış qaydaları müzakirə olunub

Təhsil

16 Aprel 2014, 15:32


Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (QRECO) Azərbaycan Respublikasının dəyərləndirmə səfəri başlayıb. Modern.az-ın məlumatına görə, Baş Prokuror yanında  Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin inzibati binasında Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (QRECO) nümayəndələri ilə görüş keçirilib. Görüşdə MDHP sədri, millət vəkili, QOPAK təşkilatının milli bölməsinin üzvü Fərəc Quliyev iştirak edib.  Görüş zamanı, Azərbaycanda seçki sistemi, Azərbaycanda və dünyada  korrupsiyaya qarşı mübarizə üsulları, Qanunların hazırlanması və qəbul edilməsi prosesində şəffaflıq,

Parlament üzvlərinin fəaliyyətində etik davranış qaydaları, Məmurların gəlir və əmlakları barədə bəyamnamələrin təqdim edilməsi, Parlament üzvlərinin fəaliyyətində maraqlar toqquşması halları və bununla bağlı tənzimləmə və s. məsələlər müzakirə edilib.

Məlumat üçün bildirək ki, Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər qrupunun (QRECO)  dəyərləndirmə səfəri davam edir.

 

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı