Modern.az

NATO Ukraynaya görə hərbi qüvvələrini gücləndirir

NATO Ukraynaya görə hərbi qüvvələrini gücləndirir

Təhsil

16 Aprel 2014, 17:38

 

NATO Ukraynadakı böhranla əlaqədar Avropanın şərqində hərbi rejimi gücləndirib. Modern.az Azadlıq radiosunun Rusiya xidmətinə istinadən məlumat verir ki, bu barədə NATO-nun baş katibi  Anders Foq Rasmussen məlumat verib. O  bu gün  Brüsseldə NATO-un şura iclasında çıxışı zamanı bildirib ki, havada hərbi təyyarə, suda isə hərbi gəmilərin sayı artırılacaq. Təşkilat rəhbərinin sözlərinə görə, yaxın günlərdə NATO Avropanın şərqində hərbi aviasiya qüvvələrini gücləndirəcək və gəmiləri Baltik dənizi, şərqi Aralıq Dənizinə doğru yönəldəcək. Rasmussen həmçinin qeyd edib ki, bu ölçülər NATO ölkələrinin beynəlxalq öhdəliklərinə uyğun olaraq qəbul edilir və quruma üzv dövlətlərin kollektiv müdafiəsinin təminatı üçün lazımdır.

Ayşən Mönsümlü  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı