Modern.az

Lavrov və Kerri növbəti dəfə Ukraynanı müzakirə etdi

Lavrov və Kerri növbəti dəfə Ukraynanı müzakirə etdi

Təhsil

19 Aprel 2014, 10:00


Rusiyanin xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə telefon vasitəsi ilə Ukrayna böhranını müzakirə edib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, S. Lavrov həmkarına Cenevrə razılaşmasının Ukrayna hakimiyyəti tərəfindən icrasının vacibliyi barədə söz açıb. Hər iki dövlət rəsmisinin Ukraynadakı böhranın birgə həll edilməsinə dair razılığa gəldiyi bildirilir. Telefon danışığı ABŞ Dövlət Departamentinin rəhbərinin təşəbbüsü ilə gerçəkləşib.  

Qeyd edək ki, aprelin 17-də Cenevrədə Rusiya, ABŞ, Ukrayna və Avropa Birliyinin iştirakı ilə aparılan danışıqlarda Ukraynadakı böhrandan çıxış yolları müzakirə edilib. Görüşdə Ukrayna gərginliyinin aradan qaldırılması üçün birgə bəyanat qəbul olunub. Razılaşmaya görə Ukraynada bütün tərəflər zor tətbiq etməkdən çəkinməli və qanunsuz silahlı dəstələr tərksilah olunmalıdır.  

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı