Modern.az

Obama İran diplomatına QADAĞA qoydu

Obama İran diplomatına QADAĞA qoydu

Təhsil

19 Aprel 2014, 10:23


ABŞ prezidenti Barak Obama İranın BMT- də yeni səfir təyin etmək istədiyi  Həmid Abutalebiyə vizanın verilməsini qadağan edən qanunu imzalayıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bundan sonra  iranlı diplomat ABŞ-a girə bilməyəcək.   ABŞ bildirir ki, Abutalebi 1979-cu il islam inqilabından sonra Tehranda Amerika diplomatlarının girov tutulmasında təqsirkardır. Abutalebi isə böhranın başlanğıcında Tehranda olmadığını, sadəcə böhran sonrası olduğunu və onlar (girovlar) üçün tərcüməçi kimi xidmət etdiyini bildirib.  

 Qeyd edək ki, B. Obama Konqresin casusluğa cəlb edilmək, ABŞ-a və onun müttəfiqlərinə qarşı fəaliyyət aparmaqla bağlı qəbul etdiyi qanun layihəsinə imza atıb. .  

Xatırladaq ki, ABŞ nümayəndələri daha əvvəl də bildirirdilər ki, Abutalebinin giriş vizasını verməyəcəklər.  

Ayşən Mönsümlü

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı