Modern.az

Donetskdə Timoşenko və Kliçkonun partiyalarının fəaliyyəti dayandırıldı

Donetskdə Timoşenko və Kliçkonun partiyalarının fəaliyyəti dayandırıldı

Təhsil

19 Aprel 2014, 11:03


Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhərində "UDAR", "Azadlıq", "Batkivşina" partiyalarının fəaliyyətinə qadağa qoyulub. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qərarı Slavyansk meri vəzifəsini icra edən Vyaçeslav Panomaryov verib. O bildirib ki, qadağa pozularsa təqsirkarlar kazakların əllərinə veriləcək.   V. Panomaryov onu da qeyd edib ki, ölkənin federallaşması ilə bağlı referendum keçirilməsinə qədər Ukrayna hakimiyyəti ilə danışıqlara getməyəcək. Şəhər rəhbəri keçmiş mer Nel Ştepinin könüllü şəkildə istefa verməsini də diqqətə çatdırıb.  

Xatırladaq ki, Ukrayna böhranı ilə bağlı Cenevrədə Rusiya, ABŞ, Ukrayna və Avropa Birliyinin iştirakı ilə aparılan dördtərəfli danışıqlarda Ukrayna böhranı ilə bağlı birgə bəyanat qəbul olunub. Lakin buna baxmayaraq Ukraynada gərginlik hələ də davam edir.  

Qeyd edək ki, sözügedən partiyalar Maydan Hərəkatının aparıcı qüvvələrindən olub. "UDAR"-a keçmiş qaydasız döyüş ustası Vitali Kliçko, "Batkivşina" ya isə sabiq baş naziri Yuliya Timoşenko liderlik edir. "Azadlıq" Partiyasının sədri isə Oleq Tyaqnibokdur

 

Aqşin Kərimov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı