
“Avropa, Ukraynaya Rusiyaya olan qaz borcuna görə kömək etməlidir. Əks təqdirdə Rusiya Federasiyası və Qərb arasında yeni “qaz müharibəsi” başlana bilər”. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının energetika məsələləri üzrə komissarı Hünter Ettinqer deyib. Onun sözlərinə görə, hal-hazırda mümkün qaz böhranının öhdəsindən gəlmək və gələcək qışa enerji təhlükəsizliyini təmin etmək əhəmiyyətlidir. O bildirib ki, təmsil etdiyi qurumun Ukrayna üçün hesablamalara görə 2 milyarddan çox dollar məbləğ tapmayacağı təqdirdə təhlükə meydana çıxa bilər. “Ukrayna ən əhəmiyyətli tranzit ölkədir. Bu ərazi vasitəsilə Rusiya Federasiyasından Avropa İttifaqı ölkələrinə qaz nəql olunur.. Bu faktı nəzərə alaraq " çətin nəzarət prosesi başlaya bilər, bu isə Almaniyaya təsir edəcək”.
H. Ettinqer gələcəkdə Avropa qaz bazarında böyük rol oynaya bilən ölkələr arasında Norveçi, Əlcəzairi və Azərbaycanı göstərib.
Ayşən Mönsümlü