Modern.az

Rusiya Ukrayna ilə sərhədə qoşun göndərdiyini ETİRAF etdi

Rusiya Ukrayna ilə sərhədə qoşun göndərdiyini ETİRAF etdi

Təhsil

19 Aprel 2014, 13:13


Kreml Ukrayna ilə sərhəddə Rusiya Müdafiə Nazirliyinin qoşun yerləşdirilməsini etiraf edib.  Modern.az rus KİV-nə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin  mətbuat katibi Dmitri Peskov açıqlamasında bu barədə danışıb. Kreml rəsmisi  bunu Rusiyanın  təhlükəsizlik məsələləri ilə əlaqələndirib.  “Moskva öz təhlükəsizliyini təmin etmək üçün tədbir görmək hüququna malikdir”,-deyə D. Peskov bildirib.    

Qeyd edək ki, mətbuat və Qərb dairələri Rusiyanın Ukrayna ilə sərhədə 40 min nəfərdən ibarət qoşun yığdığı haqqında məlumatlar verib.  

 

Ayşən Mönsümlü

     
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı