Modern.az

Beş nəfər yol qəzasında öldü

Beş nəfər yol qəzasında öldü

Təhsil

19 Aprel 2014, 13:12

Respublikanın daxili işlər orqanları aprelin 18-də 65 cinayət faktı qeydə alıb, onların 28-i “isti izlər”lə açılıb. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 7 nəfər yaralanıb. Məlumatda qeyd edilir ki, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 34 nəfər tutulub.

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı