Modern.az

Müsavatın qurultayı təxirə salına bilər

Müsavatın qurultayı təxirə salına bilər

Təhsil

19 Aprel 2014, 13:14


“Müsavat Partiyası qurultay keçirilməsinə yer ayrılması ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə etdiyi müraciətə hələ də cavab gözləyir”. Bunu Modern.az-a Müsavat başqanının müavini Mehman Cavadoğlu bildirib. Onun sözlərinə görə, partiyanın icra hakimiyyətinin müraciətlərinə müsbət cavab verməməsi səbəbindən məhkəməyə verdikləri şikayətə nə vaxt baxılacağı da məlum deyil. Başqan müavini may ayına nəzərdə tutulan qurultayın təxirə salınmasının məhz məhkəmənin verəcəyi qərardan asılı olacağını vurğulayıb: “Məhkəməyə müraciət etmişik, veriləcək qərarı gözləyirik”. 

 

Ayşən Mönsümlü  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı