Modern.az

TQDK V və VI sinif şagirdləri üçün monitorinq imtahanları keçirib

TQDK V və VI sinif şagirdləri üçün monitorinq imtahanları keçirib

Təhsil

19 Aprel 2014, 13:22


Modern.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) respublikanın ümumtəhsil müəssisələrinin V və VI sinif şagirdləri üçün rayonlarda 14 və 15 aprel, Bakı şəhərində 17 və 18 aprel tarixlərində monitorinq imtahanları keçirib.

Bu imtahanlar həm Azərbaycan, həm də rus bölmələri üzrə Ana dili və riyaziyyat fənlərindən aparılıb, hər bir fənn üzrə imtahan müddəti 1 saat 30 dəqiqə olub.

V və VI siniflər üçün monitorinq imtahanları  ümumilikdə 250-ə yaxın məktəbdə həyata keçirilib.

Qeyd edəki ki, XI sinif şagirdləri üçün monitorinq imtahanları isə Bakı şəhərində 22, 23 və 24 aprel tarixlərində, digər şəhər və rayonlarda isə 29-30 aprel tarixlərində keçiriləcək.

Misranə Həsənzadə

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı