Modern.az

Milli Qəhrəman Tofiq Hüseynovun yubileyi qeyd olunub - FOTOLAR

Milli Qəhrəman Tofiq Hüseynovun yubileyi qeyd olunub - FOTOLAR

Təhsil

19 Aprel 2014, 14:33

Modern.az xəbər verir ki, bu gün “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi “Odlar Yurdu” Universitetinin pedaqoji kollektivi ilə birlikdə Milli Qəhrəmanımız, igid komandir Tofiq Hüseynovun 60 illik yubileyini qeyd edib.

Tədbir iştirakçıları öncə Şəhidlər Xiyabanını ziyarət edərək T. Hüseynovun məzarı önünə tər gül dəstələri düzüblər. Dövlət himni səslənəndən sonra Azərbaycan ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib. “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi sədri “Ana harayı” qəzetinin baş redaktoru Şamil Sabiroğlu şəxsən tanıdığı cəsur komandirin şərəfli ömür yolu barədə məlumat verib. Xocalı rayonunun sabiq icra başçısı, deputat Elman Məmmədov vaxtilə tabeçiliyində işləmiş Milli Qəhrəmanın şəxsi keyfiyyətləri barədə danışıb. “Vətənə belə oğullar lazimdır”. Deputat Qənirə Paşayeva da deyib ki, Azərbaycana məhz Tofiq Hüseynov igidləri tanıdılmalıdır. “Bizim vəzifəmiz indi Milli qəhrəmanları, işğal olunmuş ərazilərimizi tanımaqdır. Kim ki “mən hər zaman vətən uğrunda canımı verməyə hazıram” deyir, ilk növbədə işğalda olan torpaqlarımızı tanısın. Nə qədər şəhid vermişik bunları bilsin. Hazırda günümüzün əksər hissəsi sosial şəbəkələrdə gedir. Virtuallaşma baş alıb gedir. Heç olmaya gənclərimiz orada təbliğat aparsın. Gənclərimizi önəmli işlərə sərf etməyə çağırıram”.

Qeyd edək ki, tədbirin sonunda tələbələr arasında viktorina təşkil edilib. Sonda qaliblər mükafatlandırılıb.


  Rafiq Qənbərov  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı