Modern.az

Tovuzda mal-qarada xəstəlik tapıldı

Tovuzda mal-qarada xəstəlik tapıldı

Təhsil

19 Aprel 2014, 14:44

Tovuzda 8 baş mal-qarada brusellyoz aşkarlanıb. Profloktik tədbirlər nəticəsində xəstə heyvanlar baytar həkimin nəzarəti altında təsərrüfatlardan kənarlaşdırılıb.

Tovuz Rayon Baytarlıq İdarəsi tərəfindən rayonda heyvanlar arasında brusellyoz xəstəliyini aşkar etmək, yayılmasının qarşısını almaq məqsədilə mütəmadi olaraq müayinələr keçirilir.  

 Baytarlıq İdarəsinin rəisi Zülfüqar Kərimov yerli televiziyaya açıqlamasında deyib ki, xəstə çıxan heyvanlar təlimat əsasında zərərsizləşdirilib. Belə ki heyvanlar kəsilir, daxil orqanlar ultirizasiya olunur, yəni dezinfeksiya basdırılır. Ət isə istifadəyə verilir. İl ərzində 18 min baş heyvanda müayinə aparılacaq. Artıq yanvar-mart aylarında diaqnostik müayinələr zamanı 14 min baş mal-qaradan qan nümunəsi götürülərək zona baytarlıq laboratoriyasında streoloji müayinə aparılıb. Bununla yanaşı heyvanlar arasında digər xəstəliklərə qarşı da profloktik tədbirlər həyata keçirilir”.  

Baytarlıq İdarəsinin rəisi bildirib ki, rayon üzrə aparılan bütün proflaktik tədbirlərdə bu heyvanlar bir baş da olsun kənarda qalmır. Hazırda brusellyoz xəstəliyindən başqa iribuynuzlu heyvanlarda peyvəndləmə başa çatdırılıb. Iribuynuzlu heyvanlarda dabaq xəstəliyinə qarşı profloktik peyvəndləmə başlayıb”.

 Qeyd edək ki, heyvanlar arasında xəstəliklərə qarşı proflaktik tədbirlər ilin sonunadək aparılacaq. Xəstə heyvanlar baytar həkimin nəzarəti altında təsərrüfatlardan uzaqlaşdırılacaq.

 

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı