
Krım tatarlarının liderlərii Mustafa Cəmilov və Refat Çubarov bu gün adanın sərhəd xidməti adlanan qurum tərəfidnən Krım ərazisinə buraxılmayıb.
Modern. az Ukrayna KİV-nə istinadən bildirir ki, Cəmilovu və Çubarovu yerli vaxtla saat 11-ə yaxın Xersonski vilayətinin Krımla sərhədindəki Çonqaredə silahlılar saxlayaraq sənədlərini alıblar. Bir qədər sonra Mustafa Cəmilovun köməkçisi Leyla Muslimova xəbər verib ki, Krım tatarlarının liderlərini heç cür adaya buraxmaq istəməyiblər: “Mustafa Cəmilov və Refat Çubarov 40 dəqiqədən çox Krımla Ukraynanın administrativ sərhədində olublar, Krım respublikasının sərhəd xidməti liderlərin adaya buraxılmamasının səbəbini onların adlarının Krım ərazisinə gələ bilməyəcək şəxslər siyahısında olması ilə izah ediblər”.
Modern.az