Modern.az

İsa Qəmbərin yanında qapalı toplantı: Yeni ittifaq yaradılır?

İsa Qəmbərin yanında qapalı toplantı: Yeni ittifaq yaradılır?

Təhsil

22 Aprel 2014, 10:31

Müsavat Partiyasının qərargahında mətbuata qapalı toplantı keçirilib. “Yeni Müsavat”ın yazdığına görə, üç  saat davam edən toplantıda ətraflı fikir mübadiləsi aparılıb. Müzakirələrin nəticələrinin yaxın vaxtlarda   cəmiyyətə təqdim olunması məqsədəuyğun sayılıb.

Toplantıda  İsa Qəmbər, Pənah Hüseyn,  İsgəndər Həmidov,  Eldar Namazov, Zəfər Quliyev, Leyla Əliyeva, Mehman Əliyev, Hikmət Hacızadə,  Elmir Mirzəyev, Ərəstun Oruclu, Rafiq  İsmayıl, Vaqif Hacıbəyli, Arzu Səmədbəyli, Qubad İbadoğlu,  Köçəri Nağıbəyli,  Rauf Arifoğlu və başqaları iştirak ediblər.

Belə bir toplantının keçirilməsi cəmiyyətdə “Siyasi fikir mərkəzi ilk toplantısını keçirdi”, “Bu, İsa Qəmbərin qurmaq istədiyi Strateji Düşüncə Mərkəzinin məşqi idimi?”, “Bundan sonrakı plan nədir?”, “Müxalif düşərgədə yeni format arayışları varmı?” kimi sualları ortaya çıxarıb. Bu suallara toplantıda iştirak edən AXP sədri Pənah Hüseyn cavab verib.

P.Hüseyn bildirib ki, toplantının təşkilatçılığını Müsavat başqanı İsa Qəmbər edib. Təxminən 30-a yaxın şəxs dəvət olunub, 20 nəfər iştirak edib: “İsa Qəmbər toplantı başlayanda belə bir arayış da verib ki, bu tərkibdə tədbir  həm İctimai Palatanın fəaliyyətinə xitam verilərkən anonsu verilən düşüncə mərkəzi ideyasının, həm Müsavat Partiyasının digər siyasi və  qüvvələrlə, o cümlədən EL hərəkatı  ilə müzakirələrinin və onun şəxsən bir sıra intellektuallarla apardığı danışıqların nəticəsi kimi də baxıla bilər.   Amma bu toplantı  hansısa bir təsisatın, formatın yaradılması yox, konkret olaraq müzakirəyə çıxarılmış mövzunun - Rusiya təhlükəsi mövzusunun əsaslı müzakirəsi üçündür. Həqiqətən də təxminən üç saat çəkən toplantı demək olar ki, bütünlüklə həmin konkret mövzunun müzakirəsinə həsr olundu. Yəni burada hansısa bir format, təşkilat yaradılması müzakirə edilməyib.
Maraqlı çıxışlar oldu, maraqlı ideyalar səsləndi. Üst-üstə düşməyən fikirlər səsləndi.  Amma əsas məsələlərdə əksəriyyətin mövqeyi üst-üstə düşdü. Qərara alındı ki, burada səslənən fikir və ideyalar bir sənəddə cəmləşdirilsin və razılaşdırılıb cəmiyyət üçün açıqlansın. Böyük ehtimalla 28 aprelə qədər, yəni Rusiyanın 1920-ci ildə Azərbaycanı işğal gününün ildönümünə qədər belə bir sənəd razılaşdırılıb  təqdim olunacaq. Sənəd açıqlanana qədər müəyyən fərdi fikirlərin səslənməsi doğru olmaz”.

P.Hüseyn vurğulayıb ki, toplantıda iştirak edənlərin bəziləri üçün bu toplantı həm də düşüncə mərkəzinin formalaşdırılması istiqamətində bir addım kimi qəbul edilə bilər, bəziləri üçün sadəcə olaraq konkret bir mövzunun müzakirəsində iştirakdan ibarətdir.

“Müxalif düşərgədə yeni format arayışları varmı” sualına cavabında isə AXP sədri bunları dedi: “Bəzi axtarışlar ki, gedir, lakin yuxarıdakı tipli məsələlərin  müxalifətin mövcud vəziyyəti ilə əlaqələndirilməsi   yanlışdır. Xüsusən haqqında danışdığımız toplantının da müxalifət fəaliyyətinin taktiki məsələsi kimi qəbul edilməsi doğru deyil.  Amma sizin dediyiniz istiqamətdə də müəyyən  proses var və yəqin ki, müəyyən nəticələrə gedib çıxacaq”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı