Modern.az

Magistraturaya qəbul olmaq istəyən jurnalistlər bu gün qabiliyyət imtahanı verirlər

Magistraturaya qəbul olmaq istəyən jurnalistlər bu gün qabiliyyət imtahanı verirlər

Təhsil

22 Aprel 2014, 10:41


“Jurnalistika” ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün qabiliyyət imtahanına qeydiyyatdan keçmiş bakalavrlar bu gündən qabiliyyət imtahanı verirlər.

Modern.az xəbər verir ki, “Jurnalistika” ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün qabiliyyət imtahanına qeydiyyatdan keçmiş bakalavrlar bu gündən başlayaraq qabiliyyət imtahanı verirlər.

Aprelin 22-dən 24-dək davam edəcək imtahan komissiyanın binasında  keçirilir. Qeydiyyatdan keçmiş bakalavrlar 18 aprel tarixindən başlayaraq TQDK-nın internet saytında müvafiq səhifəyə (//eservices.tqdk.gov.az/erizemag/) daxil olaraq “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib götürübi və buraxılış vərəqəsində göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər. Bakalavrlar qabiliyyət imtahanına gələrkən özləri ilə şəxsiyyətlərini təsdiq edən sənədi, “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni gətirməlidirlər. Bakalavr qabiliyyət imtahanına gələrkən dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) da qovluqda Qabiliyyət imtahanı komissiyasına təqdim etməlidir. Qabiliyyət imtahanına qeydiyyatdan keçmiş, lakin dövri mətbuatda, radio və televiziyada, internet KİV lərdə yayımlanmış jurnalistika üzrə yazıları (çıxışları) olmayan bakalavrlar da qabiliyyət imtahanında iştirak etməlidirlər. 

Qeyd edək ki, qabiliyyət imtahanına qeydiyyat aprelin 4-dən 14-dək internet vasitəsilə aparılıb.

 

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı