Modern.az

“Mən əleyhinəyəm” - Təcavüz, zorlama xəbərlərinə dair RƏYLƏR

“Mən əleyhinəyəm” - Təcavüz, zorlama xəbərlərinə dair RƏYLƏR

Təhsil

22 Aprel 2014, 10:55


Media gündəmini zəbt edən təcavüz, zorakılıq, intahar və s. kimi xəbərləri insanların psixologiyasına düşünüldüyündən də artıq mənfi təsir edir. Modern.az bu mövzuda kiçik sorğu keçirib.

ANS TV-nin aparıcısı Qənirə Ataşova deyir ki, bu tip xəbərləri nə özü oxuyur, nə də efirə verir.
“Yanaşmam isə təbii ki, mənfidir”.

Psixoloq Dəyanət Rzayev: “ Ümumiyyətlə efirdə heç bir məhdudiyyət olmamalıdır. İnformasiya insanlara çatdırılmalıdır. Əsas odur ki, məsələni yaradan problem həll olunmalıdır. Problem gizlədilməklə həll oluna bilməz. Mümkün qədər yayımlanmalı və tədbirlər görülməlidir”.

“Lent.az” saytının baş redaktoru Qabil Abbasoğlu isə bildirib ki, bu, təəssüf doğuran məsələdir: “Əxlaq anlayışı ilə jurnalistika anlayışı arasında qalmış oluruq. Təbii ki, bu kimi hadisələrin olmamasının tərəfdarıyıq. Amma tarix göstərir ki, cəmiyyətdə bu cür hadisələri ört-basdır eləmək də müsbət təsir göstərməyib, əksinə sonradan daha böyük təhlükəyə çevrilir. Yəni prinsip olaraq nəyinsə gizlədilməsinin əleyhinəyəm”.

Deputat Kamilə Əliyeva qeyd edib ki, qəti şəkildə bu tipli xəbərlərin yayımlanmasınıın əleyhinədir: “Televiziya və mətbuat istənilən evə daxil olur. Buna uşaqlar, yeniyetmələr baxır və bu istər istəməz onların psixologiyalarına təsir edir. Mən hətta nəinki bu tip, hətta yol qəzaları, boşanma, intahar tipli xəbərlərin də mediada işıqlandırılmamasının tərəfdarıyam”.

Ayşən Mönsümlü

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı