Modern.az

Azərbaycanda iki rektor müqavilə imzaladı

Azərbaycanda iki rektor müqavilə imzaladı

Təhsil

22 Aprel 2014, 14:07


Bakı Ali Neft Məktəbi ilə Gəncə Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Ali Neft məktəbindən Modern.az-a verilən məlumata görə, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ilə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov müqavilə imzalayıb. İki universitet arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən hər iki ali təhsil müəssisəsi fakültə, kafedra və professor-müəllim heyəti arasında birbaşa əlaqə və əməkdaşlıq yaratmaq üçün onları dəstəkləyəcək və zəruri tədbirlər görəcəklər.

Xarici universitetlərlə bərabər yerli universitetlərlə də əməkdaşlığın vacibliyini qeyd edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, Azərbaycanda ali təhsil sektorunun inkişafina təsir edəcək əsas amillərdən biri də universitetlərin bir –biri ilə əməkdaşlıq etməsi və əldə etdikləri bilik və təcrübələrin paylaşmalarından ibarətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu təhsil islahatlarından bəhs edən rektor qeyd edib ki, universitetlər də bu istiqamətdə aparılan işlərdə bir –birinə dəstək olmalıdır.

Bakı Ali Neft Məktəbinin qısa zaman çərçivəsində qazandığı uğurları yüksək qiymətləndirdiyini qeyd edən Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov bildirib ki, Bakı Ali Neft Məktəbinin təcrübələrində yararlanmaq onlar üçün olduqca əhəmiyyətlidir.

 

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı