Modern.az

“Ərdoğan Gülə badalaq gəlir”

 “Ərdoğan Gülə badalaq gəlir”

Təhsil

22 Aprel 2014, 15:01

Modern.az türk mətbuatına istinadən xəbər verir ki, MHP sədri Dövlət Baxçalı  prezident Abdulla Gülün qardaş kələyinə tuş gəldiyini deyib.

O bildirik ki, Abdulla Gül AKP tərəfindən blokadaya salınıb. Ərdoğan qərarını verib, sadəcə prosedura uyğun danışıqlar aparır.

“Baş nazir qardaşına oyun oynayır, ona badalaq gəlir. Dördayaqlı kreslo uğrunda köhnə dostunu belə, aldadır. Abdulla Gülün söylədiyi sözlər onun da könlündən prezidentlik keçdiyini göstərir. Lakin baş nazirin prezidentliyə namizədliyinə möhkəm sarılması, “mən olacağam, heç kimə vermərəm” kimi atmacaları Gülü çətin vəziyyətə salıb”- deyə Baxçalı xatırladıb.

 

Rafiq Qəmbərov

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!