Modern.az

AMİP: “Mərkəzi Şuranın üzvü Rauf Mirqədirovun həbsi ilə bağlı mövqeyimizi bildirəcəyik”

AMİP: “Mərkəzi Şuranın üzvü Rauf Mirqədirovun həbsi ilə bağlı mövqeyimizi bildirəcəyik”

Təhsil

22 Aprel 2014, 15:39


Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Şurasının üzvü, jurnalist və siyasi icmalışı Rauf Mirqədirovun həbs ilə bağlı məsələni cidd şəkildə diqqətdə saxlayır. Bu barədə Modern.az-a açıqlamasında AMİP-in beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev deyib.

“Rauf Mirqədirovu əvvəldən tanıdığımız bir insan kimi deyə bilərik ki, o, millətinə, vətəninə xəyanət etmək iqtidarında olan biri deyil. Ona qarşı “dövlətə xəyanət” maddəsi ilə ittiham irəli sürülməsi bizə də çox təəccüblüdür”-deyə Elşən Mustafayev vurğulayıb.

Onun sözlərinə görə, qısa müddətdə istintaqın detalları açıqlanacaq. Partiya rəsmisi qeyd edib ki, AMİP irəli sürülən ittihamların istintaq zamanı özünü doğrultmayacağına ümid edir.
“Rauf Mirqədirov AMİP yaranan ilk günlərdən etibarən partiyanın üzvü olub. Neçə illərdir Rauf Mirqədirovu  tanıyan biri kimi onun vətənə xəyanət etməsinə inanmırıq”. E. Mustafayev hesab edir ki, AMİP- hələlik R. Mirqədirova qarşı irəli sürülən ittihama inanmaması elə onun müdafiəsi deməkdir. “Bu məsələlər istintaq altında olan bir prosesdir. Bizim müdafiəmiz istintaqın nəticəsi olaraq veriləcək qərardan sonra daha ciddi öz əksini tapa bilər. İstintaqın gedişatında partiya bir daha öz mövqeyini ciddi şəkildə ortaya qoyacaq”.  

Qeyd edək ki, Türkiyədən Azərbaycana deportasiya olunan “Ayna-Zerkalo” qəzetinin siyasi icmalçısı R. Mirqədirov dövlətə xəyanət etməkdə şübhəli bilinir. Jurnalist barəsində  3 ay həbs qəti imkan tədbiri seçilib.  

Xatırladaq ki, R. Mirqədirov 2010-cu il AMİP-in qurultayında partiyanın Mərkəzi Şurasına üzv seçilib. O bu gün də AMİP üzvüdür.  

Aqşin Kərimov
 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı