Modern.az

“Neftçi”nin “avtoş” futbolçusu cəzalandırıldı

“Neftçi”nin “avtoş” futbolçusu cəzalandırıldı

Təhsil

22 Aprel 2014, 16:47


AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Modern.az-ın məlumatına görə, iclasda bir sıra məsələlərə baxılıb.
Adı avtoxuliqanlıqda hallandırılan “Neftçi” klubunun 7 №-li futbolçusu Araz Abdullayev də iclasda cəzalandırılanlar siyahısına salınıb.
Futbolçu Topaz Premyer Liqasının XXXI turunun “Neftçi” – “Sumqayıt” matçındakı hərəkətinə görə cəzalandırılıb. Belə ki, oyunun 90+2-ci dəqiqəsində “Neftçi” klubunun 7 №-li futbolçusu Araz Abdullayev azarkeşləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.

Qeyd edək ki, Araz Abdullayev “Avtoş” futbolçu kimi ad çıxarıb. O, ötən il yüksək sürətlə idarə etdiyi avtomobili ilə Bakıda ağır yol-nəqliyyat hadisəsi törətmiş, bir neçə nəfəri vurmuşdu.
  
Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı