Modern.az

ABŞ müdafiə nazirinin XATİRƏSİ: “Bakıda şam elədiyimiz restoranda yanğın başlandı”- FOTO

ABŞ müdafiə nazirinin XATİRƏSİ: “Bakıda şam elədiyimiz restoranda yanğın başlandı”- FOTO

Təhsil

22 Aprel 2014, 18:40

 ABŞ-ın keçmiş müdafiə naziri Robert Geyts 2010-cu ilin iyun ayında Azərbaycanda səfərdə olarkən yemək yediyi restornda yanğın baş veribmiş. Modern.az bildirir ki, o başına gəlmiş bu hadisə barədə xatirələrini toplandığı “Müharibədə olan naizirin memuraları”nda qeyd edib.

Eks nazir yazıb ki, Sinqapur konfransından sonra Azərbaycana gəlib. “Səfərin məqsədi Azərbaycanın Orta Asiya-Şimal Paylaşma Şəbəkəsi çərçivəsində bizim Əfqanıstana təchizat marşrutundakı iştirakını gücləndirmək idi. Mən əvvəllər heç vaxt Bakıda olmamışdım, amma onun tarixi haqda müəyyən məlumatım var idi”. Geyts qeyd edib ki, president İlham Əliyevlə nəhəng sarayda görüşüb..“Ona Prezident Obamanın məktubunu təqdim etdim. Həmin məktubda münasibətlərin bizim üçün önəmi və onları genişləndirmək arzusu vurğulanırdı”.

Bakıda olarkən restoranda şam yeməyinə gedən müdafiə naziri burada yanğına tuş gəlib. “Həmin gecə biz taxta parçası üzərində manqalda bişirilmiş ətlər xidmət edən ənənəvi restoranda şam etdik. İştahla təzəcə yerimizə oturmuşduq ki, cangüdənlərimdən biri restoranda yanğın baş verdiyini xəbər etdi. Qrupumun üzvləri evakuasiya olunmağa başladılar. Amma nə od, nə də tüstü gördüyümdən, bir-iki qoçaq yoldaşımla yeməkdə davam edirdim. Bir neçə dəqiqə sonra yanğınsöndürən maşınların sirenası səsləndi və bu dəfə cangüdənlərim aydın etdilər ki, onlar mənə qalmaqla getmək arasında seçim verməyəcəklər. Qapıdan çıxanda birinci yanğınsöndürən maşın gəldi. Yeməyi yarımçıq qoyub getmək heç ürəyimdən deyildi.”-deyə Geyts memurarında yazıb.

X. SƏFƏRLİ  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı