Modern.az

Rauf Mirqədirov mesaj göndərdi: “Bilin ki, mənim heç bir təqsirim yoxdur”

Rauf Mirqədirov mesaj göndərdi: “Bilin ki, mənim heç bir təqsirim yoxdur”

Təhsil

22 Aprel 2014, 22:06

Vəkil Fuad Ağayev hüquqlarını müdafiə etdiyi “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovla görüşüb. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunaraq 3 aylıq həbs edilən və hazırda MTN-in təcridxanasında saxlanılan jurnalistin sağlıq durumu normaldır. Vəkilin “Yeni Müsavat”a dediyinə görə, saxlanılan gün R.Mirqədirovun səhhətində problem yaransa da, artıq hər hansı nigaranlıq yoxdur.

Hüquq müdafiəçisi bildirib ki, artıq bu gün müvəkkilinin qeyri-qanuni saxlanması ilə bağlı Nəsimi Rayon Məhkəməsinə şikayət verib: “Rauf Mirqədirov Ankara-Bakı reysi ilə yola salınıb və təyyarə 19 apreldə saat 16.20-də hava limanına daxil olub. Rauf Mirqədirvu elə uçağın göyərtəsində saxlayıblar. 

Mən hesab edirəm ki, həmin vaxtdan aprelin 21-də məhkəmə qərar qəbul edənədək Rauf 2 sutkadan artıq tamamilə qanunsuz azadlıqdan məhrum edilib. Onu saxlayanlar özlərini təqdim etməyib. Şikayətə yəqin ki, həftə ərzində baxış təyin edərlər”. 

R.Mirqədirovun mətbata müraciətinin olub-olmadığını soruşduqda F.Ağayev “Rauf “birmənalı şəkildə bilin ki, mənim heç bir təqsirim yoxdur” söylədi” cavabını verib. 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı