Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının Piko Rivera şəhər şurası Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun “qardaş şəhər” elan olunması barədə qətnamə qəbul edib. Yekdilliklə qəbul edilən qətnamədə “Kəlbəcər və Dağlıq Qarabağ sakinlərinin çətin dövrlərdə belə qətiyyətli və öz torpaqlarına sadiq olduqları” ifadə olunur.
Xatirladaq ki, qərarın qəbul olunmasında Amerikanın Erməni Milli Komitəsi aktiv lobbiçilik fəaliyyəti göstərib. Komitənin Qərb sahili üzrə icraçı dorektoru və yerli erməni təşkilatlarının nümayəndələri Piko Rivera şəhər şurasının üzvlərinə təşəkkürlərini bildiriblər.
Vüqar İsmayılov