Bakı şəhəri, Səbail rayonu Bayıl qəsəbəsində neft çənində yanğın hadisəsi baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühavizə Xidmətinin qüvvələri cəlb olunub. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları tərəfindən yanğın söndürülüb.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildiriblər ki, hadisə zamanı xəsarət alan olmayıb.
Fövqəladə Hallar Nazirliyi hadisə barədə əlavə məlumat veriləcəyini bildirib.
***
Fövqəladə Hallar Nazirliyi bildirib ki, hadisə nəticəsində çənin içərisində olan neft qalıqları yanmış yüksək temperaturdan çən deformasiyaya uğrayıb. Yaxınlıqdakı çənlər və yaşayış evləri yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğın saat 10:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az