Modern.az

Bakının 3 rayonuna təbii qazın verilişində fasilələr yaranacaq

Bakının 3 rayonuna təbii qazın verilişində fasilələr yaranacaq

Eğitim

24 Aprel 2014, 11:25

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, Heydər Əliyev prospektindən Xəlil Rza Ulutürk küçəsinə dönən hissədə “Azvirt” MMC tərəfindən yolun genişləndirilməsi işləri aparılan zaman diametri 315 mm-lik orta təzyiqli qaz kəmərinin zədələnməsi nəticəsində  yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar qazın verilməsində məhdudiyyətlər olacaq. Bu gün  saat 10:50-dən etibarən Nərimanov rayonunun böyük bir hissəsinə, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə  əvəzlənməsi məqsədi ilə saat 13:00-dan 15:00-dək Binəqədi rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Sabunçu rayonunun bir hissəsinə  təbii qazın verilişində fasilələr yaranacaq.

 

Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı