Modern.az

Jirinovskinin deputat toxunulmazlığı ləğv oluna bilər

Jirinovskinin deputat toxunulmazlığı ləğv oluna bilər

Təhsil

24 Aprel 2014, 12:31


Rusiya Dövlət Dumasının deputatları Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin deputat toxunulmazlığından məhrum edilməsini istəyirlər. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, deputatların fikrincə, bu, Jirinovskinin hamilə jurnalistlə insidentə görə polisin araşdırma aparma imkanları üçün vacibdir. Bu cür bəyanatla deputat etikası məsələləri üzrə komissiyanın sədri Aleksandr Deqtyarevə digər bir mənzil siyasəti komitəsini birinci müavini Yelena Nikolayeva müraciət edib:

“Deputata Vladimir Jirinovski bu cür bəyanatları və davranışları ilə Rusiya qanunverici hakimiyyətinin imicinə xələl gətirir. Onun davranışı təkcə cəmiyyətdə və həmkarları tərəfindən mənəvi cəhətdən qınanmamalıdır, həm də Rusiya məhkəməsində müvafiq qiymət verilməlidir”.

Qeyd edək ki, RLDP lideri ilə bağlı qalmaqal aprelin 18-də Dövlət Dumasının plenar iclası ərəfəsi hamilə jurnalist Stella Dubovskaya qarşı olduqca kobud davranışından sonra yaranıb. Sonradan Jirinovski jurnalistdən üzr istəsə də, deputat həmkarları onun ciddi cəzalandırılmasını istəyirlər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı