Modern.az

Vəkil: “Rauf Mirqədirovun həbsindən apellyasiya şikayəti verdik”

Vəkil: “Rauf Mirqədirovun həbsindən apellyasiya şikayəti verdik”

Təhsil

24 Aprel 2014, 12:38

“Rauf Mirqədirovun qanunsuz həbs olunması ilə bağlı artıq apellyasiya şikayəti verilib”. Bunu Modern.az saytına “Ayna-Zerkalo” qəzetinin siyasi icmalçısı, dövlətə xəyanətdə şübhəli bilinən Rauf Mirqədirovun vəkili Fuad Ağayev deyib. O bildirib ki, vaxtı dəqiq olmasa da,  bu gün Rauf Mirqədirovla görüşü nəzərdə tutulur. Vəkilin sözlərinə görə apellyasiya şikayətinə hələ heç bir cavab verilməyib.

“Bir yenilik olsa, xəbər edəcəklər”,-deyə F. Ağayev söyləyib.

Qeyd edək ki, Türkiyədən Azərbaycana deportasiya olunan R. Mirqədirova qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. Nəsimi rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

R. Mirqədirov Ermənistan xüsusi xidmət orqanları əməkdaşlıqda şübhəli bilinir.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı