Modern.az

AMİP-dən Rauf Mirqədirovun həbsinə ETİRAZ

AMİP-dən Rauf Mirqədirovun həbsinə ETİRAZ

Təhsil

24 Aprel 2014, 13:26

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Mərkəzi Şurasının  üzvü, Əməkdar jurnalist, milli azadlıq hərəkatının fəal iştirakçısı , Qarabağla bağlı ekspert-araşdırmaçı Rauf Mirqədirovun ən ağır ittihamla təqsirləndirilərək həbs olunub istintaqa cəlb olunmasına kəskin etirazını bildirib. Modern.az-ın məlumatına görə, onlar belə şərəfli həyat yolu keçmiş jurnalistin vətənə xəyanətdə   təqsirləndirilməsinin  cəmiyyət üçün ağır zərbə olduğunu bildiriblər.

AMİP  Rauf Mirqədirova qarşı irəli sürələn ittihamlara inanmadığını bəyan edərək,  istintaqın obyektiv aparılacağına və  irəli sürülən ittihamların özünü doğrultmayacağına əminliyini bildirib. Onlar Rauf Mirqədirovun hüquqlarının müdafiəsində bütün hüquqi imkanlardan istifadə edəcəklərini də bəyan ediblər. AMİP partiyası  Dövlət başçısı cənab İlham Əliyevə müracət edərək ölkə prezidentinin bu məsələni şəxsi nəzarətinə götürəcəyinə və obyektiv araşdırılmasına xüsusi diqqət yetirəcəyinə ümid etdiyini bildirib.

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı