Modern.az

MDHP mədəniyyət bölməsinin təşəbbüsü ilə keçirilən Ozan və Rəssam müsabiqəsi yekunlaşdı - VİDEO

MDHP mədəniyyət bölməsinin təşəbbüsü ilə keçirilən Ozan və Rəssam müsabiqəsi yekunlaşdı - VİDEO

Təhsil

24 Aprel 2014, 14:14

Suraxanı rayonu Qurban Abbasov adına mədəniyyət sarayında Milli Dirçəliş Hərəkatı Partiyasının mədəniyyət məsələləri üzrə sədrin müşaviri tanınmış mədəniyyət xadimi Niftalı Göyçəlinin təşəbüsü ilə “OZAN və RƏSSAM” müsabiqəsinin III tura seçim üzrə qala konsert keçirilib. Modern.az xəbər verir ki,  konsertdən sonra çıxış edən gənc ozanlara, kiçik yaşlı ozanlara və kiçik yaşlı rəssamlara MDHP “ETİMADNAMƏ”-ləri təqdim edilib. Bu “ETİMADNAMƏ”-ləri təqdim edənlər- rəssamlıq üzrə MDHP sədrinin ideoloji işlər üzrə müavini Həbib Ələkbərsoy, musiqi üzrə MDHP Güney Azərbaycan departamentinin sədri Əlrza Amanbəyli onlara yaradıcılıqlarında vətənpərvərliyin, qəhrəmanlığın təbliği, eyni zamanda tərənümü baxımından gələcək nailiyyətlər arzulayıblar. İştirakçılar və valideyinlər MDHP-nın göstərdiyi bu yüksək qayğını ruh yüksəkliyi ilə qarşılayaraq təşəkkürlərini bildiriblər.

 Modern.az müsabiqənin yekun konserti haqda videonu təqdim edir:

 



Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı