Bu gün ölkə mətbuatının gündəmində yer alan əsas xəbərlərdən biri məhz ANS-lə bağlı idi. Xəbər bundan ibarətdir ki, ANS ÇM radiosu bir müddətdir efirə “Qafqaz top onluğu” daxilində erməni mahnısı verib. Modern.az saytı xəbər verir ki, bununla bağlı suallara ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev cavab verib.