Modern.az

Uorlik ABŞ-da Azərbaycan icması ilə Qarabağı müzakirə etdi - FOTO

Uorlik ABŞ-da Azərbaycan icması ilə Qarabağı müzakirə etdi - FOTO

Təhsil

3 May 2014, 09:55


ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorlik Azərbaycan-Amerika icması ilə görüşüb. Modern.az xəbər verir ki, bu barədə Azərbaycan-Amerika icmasının rəsmi twitter səhifəsində məlumat verilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı Qarabağ probleminin həlli yollarından söz açılıb.

Qeyd edək ki, görüş ABŞ-ın Hyuston şəhərində baş tutub.  

Xatırladaq ki, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Minsk Qrupunun amerikalı həmsədrinin Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi bəyanatların qərəzli olduğunu bildirib. XİN rəsmisi mətbuta açıqlamasında rəsmi Bakının C. Uorlikin həmsdərlikdən geri çağırılması məsələsi qaldıra biləcəyini vurğulayıb.  

 

Aqşin Kərimov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı