"Rəsmi Vaşinqton Dağlıq Qarabağ münaqişəsi tərəflərini münaqişənin sülh yolu ilə həlli üçün ciddi addımlar atmağa çağırır". Bu barədə Modern.az saytına ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən xarici işlər naziri Araz Əzimovun fikirlərinə münasibət bildirilərkən deyilib.
Məlumata görə ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan işlərə sadiq qalır.
Səfirlik XİN başçısının müavini Araz Əzimovun Azərbaycanın ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin geri çağırılması ilə məsələsi qaldıra biləcəyi məsələsini belə şərh edib:
"ABŞ hökuməti xarici işlər nazirinin müavini Araz Əzimovun səsləndirdiyi fikirlərlə razı deyil".
Qeyd edək ki,A. Əzimov, rəsmi Bakının amerikalı diplomat Ceyms Uorlikin ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri çağırılması məsələsini qaldıra biləcəyini söyləmişdi. O, C. Uorlikin Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi qərəzli bəyanatları əsas gətirərək belə bir açıqlama ilə çıxış edib.
Aqşin Kərimov