Modern.az

Deputatın təşəbbüsü ilə Sabirabad sakinləri pulsuz müayinə olundu - FOTO

Deputatın təşəbbüsü ilə Sabirabad sakinləri pulsuz müayinə olundu - FOTO

Təhsil

3 May 2014, 11:15

Mayın 2-3-də Milli Məclisin 65 saylı dairəsindən seçilmiş deputatı, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun təşəbbüsü ilə Sabirabad rayonunda xeyriyyə aksiyası keçirilib. Modern.az xəbər verir ki, aksiya çərçivəsində rayonun bir neçə kəndinin sakinləri Sabirabada ezam olunmuş həkim briqadası tərəfindən pulsuz müayinədən keçiriliblər.

Tibb işçiləri Sabirabadın Qasımbəyli kəndində əhalini pulsuz müayinə ediblər. Bu xeyriyyə aksiyasına qatılanlar arasında rayonun digər  kəndlərinin də sakinləri olub. Müayinələrdən sonra səhhətində problem olan bəzi sakinlər müalicə olunmaq üçün Bakıya göndərilib.

Qeyd edək ki, xeyriyyə aksiyasında ATU-nun mütəxəssisləri - dos. Ələkbər Həsənov (uşaq xəstəlikləri), ass. Fikrət Zeynalov (daxili xəstəliklər), ass. Tahir Şərifov (III daxili xəstəliklər),  ass. Nuran Əmənullayev (nevrologiya), ass. Ramiz Quliyev (terapevt), ass. Qabil Zülfiyev (oftalmoloq), ass. Venera Hüseynova (ginekoloq),  Həqiqət Vəliyeva (baş laborant), Cəlalə Axundova (USM üzrə mütəxəssis)  iştirak ediblər.

  Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı