Modern.az

Müdafiə Nazirliyindən ölkəni tərk edən generalla bağlı AÇIQLAMA

Müdafiə Nazirliyindən ölkəni tərk edən generalla bağlı AÇIQLAMA

Təhsil

3 May 2014, 13:14

Müdafiə Nazirliyinin mətbuat xidməti azərbaycanlı generalın ölkədən qaçması barədə mediada yayılan xəbəri təkzib edərək, bu haqda açıqlama verib.
Modern.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin açıqlamasında deyilir:
“Bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Respublikası Silahlı Qüvvlərinin yüksək rütbəli hərbi qulluqçusunun xarici ölkəyə getməsi ilə bağlı məlumatlar yayılıb.
Adı hallanan şəxs nə Azərbaycan vətəndaşı, nə də Azərbaycan generalıdır və o Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmayıb.
Müdafiə Nazirliyi bildiririk ki, yayılan məlumatlar əsassızdır və həqiqətə uyğun deyil”.

Mediada yayılan xəbərdə həmin generalın Bağır Fətullayev olduğu qeyd edilib. Onun müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin baş qərargah rəisi Nəcməddin Sadıqovla mübahisə səbəbindən ölkəni tərk etdiyi bildirilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı