
Rusiya prezidentinin xüsusi nümayəndəsi Vladimir Lukin Rusiya meylli separatçıların ölkənin şərqində girov götürdükləri 8 ATƏT müşahidəçisini azad etdiklərini bildirib: “Siyahımda olan 12 nəfərin hamısı azad olunub”, - deyə Lukin jurnalistlərə məlumat verib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ATƏT müşahidəçiləri ilə yanaşı onları müşahidə edən Ukrayna xüsusi xidmət orqanlarının 5 əməkdaşı da azad olunub. Vladimir Lukin mayın 2-də prezident Vladimir Putinin xüsusi göstərişi ilə girovları azad etmək üçün Ukraynanın şərqinə səfər etmişdi. Özünü Slavyanskın meri elan edən Vyaçeslav Ponomaryovun sözlərinə görə, ATƏT müşahidəçiləri şəhərdəki təhlükəli duruma görə azad olunublar.